!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Düşmənlə üzbəüz mövqedə qarlı ərazidə ağ maskalatlardan istifadə edilmirsə..." - ŞƏRH

!Reklam – Yazi

“Düşmənlə üzbəüz mövqedə qarlı ərazidə ağ maskalatlardan istifadə edilmirsə, bu çox pis nəticə verə bilər”.

Bu sözləri sosial şəbəkədə hərbçilərin Laçın və Kəlbəcərdən paylaşdığı videolarda hər yerin qar olmasına baxmayaraq əsgərlərin gündəlik geyim formasında olmasının təhlükəli tərəflərinə toxunan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, əgər qarşı tərəflə üzbəüz postlarda belə hal varsa, bunun çox acınacaqlı nəticələrini görə bilərik:

“Əslində o videoların harada və nə vaxt çəkilməsi də önəmlidir. Maskalatlardan o zaman istifadə olunur ki, qarşı tərəflə məsafə yaxın olur və bundan istifadə edərək düşmənin asan hədəfinə çevrilməsini önləyir. Bundan əlavə kəşfiyyat xarakterli əməliyyatlar olarsa qarlı ərazidə ağ maskalatlardan istifadə zəruri olur. Bölüyün, taborun dayaq məntəqələrində maskalatlardan istifadə etməyə ehtiyac yoxdur”.

Birinci Qarabağ müharibəsində Laçın alayının qərargah rəisi olmuş Rafiq Nağıyev isə məsələyə belə münasibət bildirib:

“Laçın, Kəlbəcərin Ermənistanla sərhəd ərazisindən şəkil, video paylaşırlar. Paylaşımlarda bütün ərazi dümağ qar örtüyündə olduğu halda əsgərlərimiz gündəlik geyim formasında olurlar. Bu, birbaşa düşmən snayperi üçün açıq hədəfdır.
Bəyənmədiyiniz birinci Qarabağ döyüşlərində təminatın olmadığı dövrlərdə belə qarlı dağlarda əsgərlərimizə ağ xalat geyindirirdik. Hətta əllərində olan silahları ağ maskalatlara bükürdük”.

Səxavət Məmməd

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv