!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Düşündük ki, təkrar qeydiyyat üçün partiyaya yeni üzvlər cəlb etməkdənsə...” – Qulamhüseyn Əlibəyli

!Reklam – Yazi

“Azərbaycanın siyasi həyatına əhəmiyyətli təsir göstərə bilmədiyimiz üçün bu qərara gəldik”.

Bu fikirləri fəaliyyətini dayandıran Aydınlar Partiyasının keçmiş sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, partiyaya yeni üzvlər tapmaqdansa, təşkilatın fəaliyyətinə xitam vermək daha məqsədəuyğun sayılıb:

“Düzünü desəm, partiyanın fəaliyyətinə xitam verilməsi haqqında qərarımızın nə qədər doğru olduğu haqda əlavə müzakirələr açmağa ehtiyac görməmişəm. Bu barədə geniş danışmaq istəmirəm. Çünki zamanında bu məsələni ətraflı müzakirə etdik və yekun qərar qəbul olundu. Yəni hesab etdik ki, indiki vəziyyətdə fəaliyyəti dayandırmaq daha məqsədəuyğundur. Açığı, təəssüf hissi keçirmirəm.

Ola bilər, bir sıra üzvlərimiz bu qərardan məyus olublar. Nə qədər çətin olsa da, özümüzü toparlayıb tələb olunan sayda imzaları biz də toplayıb təqdim edə bilərdik. Partiyamız 2008-ci ildə yaradıldı, 2009-cu ildə isə qeydiyyatdan keçdi. O zaman qeydiyyət üçün min üç yuz, min dörd yüz imza tələb olunurdu. Sonrakı dönəmdə, xüsusilə pandemiya dövründə rayon şöbələri ilə əlaqəmiz zəifləmişdi.

Bu səbəbdən, üzvlərimizin sayını artıra bilmədik. Ona görədə yekun qərarımız belə oldu ki, üzvlərimizlə əlaqələri bərpa etməkdənsə, yeni üzvlər tapmaqdansa, fəaliyyətimizə xitam verək. Yəqin ki, Azərbaycanın siyasi həyatına əhəmiyyətli təsir göstərə bilmədiyimiz üçün bu qərara gəldik və təəssüflənmirik”.

A.Zeynalov

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv