!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Düyünü açılmayan VETERANLIQ STATUSU: "Bu məsələlər Ali Baş Komandana çatarsa..." - Hərbi Ekspert

!Reklam – Yazi

“Şəhidlər Qarabağı bizə miras qoyub getdilər, əlillər həm əlil olduqları üçün, həm də əlilliyə görə prezident təqaüdü alırlar. O şəxslər ki, müharibə veteranıdır, təcrübəsi var, onlar heç nə almırlar. Sabah müharibə başlayarsa, ora şəhid və əlili apara bilməyəcəyik, ora təcrübəsi olan, ancaq veteranlığını ala bilməyən şəxsləri aparacağıq”.

Bu fikirləri Vətən müharibəsinin üzərindən bir ilə yaxın vaxt keçməsinə bamayaraq, veteranlıq statusunun hələ də öz həllini tapmamasına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Ədalət Verdiyev veteranlığın verilməməsini prezident İlham Əliyevin sərəncamına qarşı gəlmək kimi dəyərləndirib:

“İnsan əvvəlcə hərbi xidmətə çağırılır, sonra döyüşə qatılır. O, artıq ilk döyüşdən veterandır. Yalnız bundan sonra şəhid olur, yaralanır, fərqlənib, orden və medalla təltif olunur və tərxis olur. Tərxis olma səbəbi şəhid olduğu, yaralandığı və xidmət müddəti başa çatdığı üçün ola bilər. Proseslər belə gedir. Öncə hərbçi veteran olur, sonra şəhid, əlil, daha sonra təltif edilir. Bizdə isə bu iş yuxarıdan aşağı doğru gedir. Hərbçi təltif olunub, ordenləri, medalları var, artıq yaxasında gəzdirir. İnsanın əlində sənədi var ki, müharibə əlilidir, ancaq hələ veteran deyil. Halbuki öncə veteran olmalı idi, sonra digər proseslər baş verməli idi. Proseslər tam tərsinə cəryan edir. Bu, absurd bir şeydir. Birinci müharibədə də veteranlığı gec aldıq. Əlilliyi də, veteranlığı da gec alanlar oldu. Əgər siyahı nazirlikdə tərtib olunubsa, adam yaralanıbsa, üstündə medal gəzdirirsə, bunun nəyini araşdırırıq? İnsan var ki, yaxasında 4 medal gəzdirir, veteranlığı yoxdur. Kimsə prezident sərəncamına qarşı çıxmaq istəyir? Bunları anlamaq olmur. Bu məsələ təcili həllini tapmalıdır. Əks halda, bu məsələlər Ali Baş Komandana çatarsa, kimlərsə sərt şəkildə cəzalana bilər. Bir dəfə də olsun, Nazirlər kabinetinin veteranlıq məsələsini araşdıran komissiyası çıxıb nəyi araşdırdıqlarını, məsələnin hansı mərhələdə olduğunu açıqlamayıb”.

Səxavət Məmməd

www.yenicag.az

1766
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv