!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Duzlu kökə yeyən Əməkdar artist: "Yuxuda gördüyüm oğlan..."

!Reklam – Yazi

“İlaxır çərşənbəsində duzlu kökə də yemişəm, qulaq falına da çıxmışam, tonqaldan da atlanmışam…”

Bu sözləri tanınmış müğənni, Əməkdar artist Şölə Səfərəliyeva Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi vaxtilə əməl etdiyi Novruz inanclarından da danışıb:

“Məktəbdə oxuduğum vaxt İlaxır çərşənbəsində duzlu kökə yeyib yatdım. Məktəb yoldaşımı yuxumda gördüm, yuxum çin çıxmadı. Çünki o oğlan indi evlidir, mənsə subay. Rəfiqələrimlə qulaq falına da çıxmışam. Amma eşitdiyim sözləri yoza bilməmişəm. Ən maraqlısı üzük falı olub. “Azəristar” yarışması zamanı müğənni Kəmalə Qaramollayeva bizi evlərinə qonaq çağırmışdı. Çəkiliş də oldu. Mən stəkana su tökdüm, üzüyü saçımın telinə keçirib neçə yaşımda ailə quracağımı bilmək üçün onu stəkana saldım. Üzüyün neçə dəfə tərpənəcəyini saydım. Üzük dayanmadan tərpəndi. Azı 40 dəfə stəkana dəydi. Anam sonradan mənə deyirdi ki, sən o üzük falı ilə taleyini bəlli etdin. Hələ də subayam. Novruz inancları gözəl bir ənənə kimi bu gün də davam edir. Əslində, bu inanclar insana ümid, sevinc bəxş edir”.

Cəvahir

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv