!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Duzsuzlaşdırmaya tələbat NƏDƏN YARANDI? - “Şirin su ehtiyatlarımız xeyli azdır”

!Reklam – Yazi

“Problem ondan ibarətdir ki, layihələşdirmə prosesindən sonra zaman-zaman qeyri-rasional və izafi xərclərə, büdcə şişirdilmələrinə dəfələrlə rast gəlmişik”.

Bu sözləri “Azərsu”yun dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı İsrailin “Mekorot Water” şirkətindən 2.8 milyon AZN-lik məsləhət xidməti almasına münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, yaxın 20 ildə Azərbaycanın ən böyük problemlərindən biri şirin su problemi olacaq:

“Ümumiyyətlə, bu yaxınlarda prezidentin də Xəzər dənizinin suyundan istifadəylə bağlı fərmanı oldu. Dünya praktikasına nəzər salsaq, çox yayğın bir texnologiya olduğunu qeyd edə bilərik. İsrail də bu texnologiyalardan ilk və ən effektiv tətbiq edən ölkələrdən biridir. Yəni belə bir ölkədən tövsiyələr almaq və bu ölkəni layihələndirmə işlərinə cəlb etmək doğru yanaşmadır. Sadəcə olaraq problem ondan ibarətdir ki, bu tipli məsləhətlərdən, layihələşdirmə prosesindən sonra zaman-zaman qeyri-rasional və izafi xərclərə, büdcə şişirdilmələrinə dəfələrlə rast gəlmişik. Bu səbəbdən də bir çox hallard a “Azərsu”yun layihələri effektsiz başa çatıb.

Amma indi ortada prezidentin fərmanı da var. Çox güman ki, bu məsələyə daha ciddi şəkildə yanaşılacaq. Çünki yaxın 20 ildə Azərbaycanın ən böyük problemlərindən biri şirin su problemi olacaq. Şirin su ehtiyatlarına görə Cənibi Qafqazda ölkə əhalisi digər ölkələrdən çoxdur və su ehtiyatlarımız digər ölkələrdən xeyli dərəcədə azdır. Sadəcə, Xəzərin suyundan istifadə qaçılmazdır. Ona görə də sözügedən layihənin effektiv icra edilməsinə ehtiyac var”.

Yusif Səmədzadə

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv