!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP-dən Ağstafada baş verən ağır yol qəzası ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ağstafa rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.

BDYPİ-dən Yenicag.az-a daxil olan açıqmada deyilir:

“Bu gün saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci km-də Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, 20-EE-929 dövlət qeydiyyat nişanlı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi “Volvo” markalı, 99-JZ-335 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər – Ağstafa rayon sakinləri 1961-ci il təvəllüdlü Məmmədova Familə Fərman qızı, 1966-cı il təvəllüdlü Əliyeva Mirvari Mikayıl qızı və paytaxt sakini 1962-ci il təvəllüdlü Nağıyev Mayıl Hüseyn hadisə yerində ölüb, sürücü Vüsal Həsənov isə xəsarət alıb,

Faktla bağlı araşdırma aparılır”.

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv