DYP-dən Qaradağ rayonundakı dəhşətli qəza ilə bağlı açıqlama – 1 ölü, 19 yaralı – Yenicag.Az

Reklam

Reklam

Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib.

Qurum rəsmisi bildirib ki, hadisə nəticəsində xəsarətlərlə bağlı 19 nəfər müraciət edib: “Təcili tibbi yardım briqadaları və tibb müəssisələri tərəfindən göstərilən yardımdan sonra 13 nəfər evə buraxılıb. Hazırda 6 nəfər xəstəxanalarda müalicəsini davam etdirir. Hadisəni törədən yük avtomobilinin sürücüsü də xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb”.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

“90-OJ-802” DQN yük maşını “10-TF-383” DQN sərnişin avtobusuna çırpılıb. İlkin məlumata əsasən, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə sərnişin avtobusu bir neçə dəfə aşıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2415
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."