!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP-dən sürücülərə yeni müraciət: Sürəti yox, həyatı seç

!Reklam – Yazi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə növbəti dəfə müraciət edib.

BDYPİ-dən Yenicag.az-a daxil olan müraciətdə deyilir:

“Sürət məhdudiyyətlərinə riayət etmək yalnız sizin deyil, ətrafınızdakı hər kəsin təhlükəsizliyini təmin edir. Bir neçə saniyə ərazidə daha sürətli getmək, çox dəyərli həyatları riskə atmağa bərabərdir. Səyahət zamanı sürətinizi nəzarət altında saxlamağınızın nə qədər əhəmiyyətli olduğunu xatırlatmalıyıq.

Əziz sürücülər, yolda sürət hər zaman seçim məsələsidir və seçiminiz həyatınıza təsir edə bilər. Unutmayın ki, hər sürətli hərəkət potensial bir riskdir. Bu riski minimallaşdırmaq və həyatı doya-doya yaşamaq üçün sürətinizi nəzarət altında saxlayın. Sürəti yox, həyatı seç!”

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv