!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP-dən yuxulu maşın idarə edən sürücülərə müraciət

!Reklam – Yazi

“Son 2 ay ərzində təkcə respublika əhəmiyyətli avtomobil yollarında sürücülərin sükan arxasında yuxulaması səbəbindən 9 ağır yol-nəqliyyat hadisəsi baş verib”.

Yenicag.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Namidan Piriyevə deyib. Onun sözlərinə görə, qəzalar zamanı sürücü öldüyü halda, qəzanın onun sükan arxasında yatması səbəbindən baş verdiyini müəyyən etmək çətin olur:

“Əsasən də sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bəzi sürücülər daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, əzgin halda bir neçə dəfə gedib-gəlməyə çalışırlar. Normal yuxu rejiminə əməl etməyən insanı təbii olaraq yolda yuxu tuta bilir və bu, ağır hadisənin baş verməsinə şərait yaradır.

Son dövrlərdə istehsal olunan bir çox nəqliyyat vasitələrində 2 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilin salonundakı monitorda fasilə etmək barədə xəbərdarlıq mesajı əks olunur.

Bundan başqa, istehsal ili köhnə olan bəzi nəqliyyat vasitələrinin mühərrikindən ixrac olunan qazların qoxusu texniki nasazlıq nəticəsində avtomobilin salonuna daxil olur ki, bu özü də insana yuxu gətirir. Bəzən səhhəti ilə bağlı müəyyən problemlər yaşayan sürücülər olur, müxtəlif dərman preparatları içərək sükan arxasına əyləşirlər ki, həmin dərmanlar da müəyyən əzginlik, yuxululuq yarada bilir və bu da öz növbəsində yol qəzalarının baş vermə riskini artırır”.

N.Piriyev bu kimi bədbəxt hadisələrdən qorunmaq üçün sürücülərə iş və istirahət rejiminə düzgün riayət etməyi, 2-3 saatdan bir fasilə edib, sonra yola davam etməyi tövsiyə edib.

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv