!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP küləkli hava ilə bağlı xəbərdarlıq etdi

!Reklam – Yazi

DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi​ gözlənilən küləkli hava şərai ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi​ndən Yenicag.az-a daxil olan məlumatda deyilir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, iyulun 29-dan 30-u səhərədək ölkə ərazisində hava şəraitinin güclü küləklə müşahidə olunan dəyişməsi gözlənilir. DYP yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

“Xatırladırıq ki, küləkli havada nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər”.

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv