!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

EBRD-nin vitse-prezidenti Azərbaycana səfər edəcək

!Reklam – Yazi

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone yanvarın 16-19-u tarixlərində Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Yenicag.az bu barədə EBRD-yə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində bank rəsmiləri əvvəlcə Ermənistanda, sonra Gürcüstan və Azərbaycanda olacaq.

Səfər, ötən ilin sentyabrında EBRD-nin prezidenti Odil Renaud-Bassonun Qafqaza son turundan sonra baş tutur. Bankın rəsmilərinin səfərinin məqsədi həm özəl, həm də dövlət sektorunda qarşıda duran layihələri müzakirə etməkdir. Həmçinin maliyyə dayanıqlığı, siyasi islahatlar və bankın qarşıdan gələn yeni ölkə strategiyalarına hazırlıqla bağlı müzakirələr də gündəmdədir.

Azərbaycana səfər çərçivəsində hökumət nümayəndələri, Mərkəzi Bankda, beynəlxalq inkişaf tərəfdaşları və bankın mövcud biznez tərəfdaşları ilə görüşlər keçiriləcək.

Xatırladaq ki, EBRD 1992-ci ildən bəri regionda maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 650-dən çox layihəyə 10 milyard avrodan çox sərmayə qoyub ki, bunun da əksəriyyəti özəl sektorun payına düşür.

EBRD Azərbaycanda 185 layihəyə ümumilikdə 3,656 milyard avro investisiya yatırıb. EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 14 % təşkil edir.

Hazırda EBRD-nin Azərbaycan üzrə portfelində 33 aktiv layihə var. Bu layihələr üzrə portfel isə 836 milyon avro.

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv