Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Əcnəbilərin at oynatdığı yığmamız: hərəsinə 50-60 min veriblər, qarşılığında isə ... - İDDİA

Reklam: Sinerji Pro

Xəbər vermişdik ki, Azərbaycan Həndbol Federasiyası heyətə yeni əcnəbilər dəvət edəcək. Hətta bunun üçün əvvəlcədən məbləğ də ayrılıb. (https://yenicag.az/iki-idmanci-ucun-100-min-yene-millilesme/)

Ancaq federasiya bir anda qərarını dəyişərək, 2 yox daha artıq “milliləşmə” edib.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə bunun səbəbi İslam Həmrəylik oyunlarıdır. İslamiadaya görə müxtəlif ölkələrdən gətirilən həndbolçular sayəsində yerli idmançılarımız kənarda qalıb. İslamiadaya hazırlaşan azərbaycanlı həndbolçular rəhbərliyin “milliləşmə” planını açıqlaması ilə şoka düşüblər. Millimizin yerli idmançılarından birinin dediyinə görə, onlar sadəcə 2 və ya 3 nəfərin gələcəyini bilirdilər. Çünki rəhbərlikdən onlara bu barədə məlumat verilibmiş. Ancaq son anda verilən qərarla yerli xanım həndbolçularımızın İslamiada arzuları puç olub. Millimizin yerli üzvlərinin bildirdiyinə görə, heyətdə bir neçə legioner olub, son gələnlərlə birgə millimizdə azərbaycanlı idmançı demək olar ki, qalmayıb.

14 həndbolçudan 9-10 nəfəri əcnəbidir. Yerli idmançılardan isə bir neçə nəfər seçilərək, heyətə cəlb olunacaq. Ancaq ehtiyat oyunçu kimi…

Əldə etdiyimiz digər məlumata görə, əcnəbi idmançılardan 3 nəfəri Heydər Babayevin dağılan klubu ABU-nun legionerləri olub.

Ukraynalı Natalya Kayoviç və 25 yaşlı Anastasiya Metelska klub dağıldıqdan sonra öz ölkəsinə qayıtmışdı. Ancaq millinin heyəti yığılan zaman onlara ehtiyac olduğu bildirilib və Azərbaycana geri çağırılıb. Elə rusiyalı 26 yaşlı Oksana Orexova da ABU-nun üzvü olub. O isə klubdan ayrılandan sonra Azərbaycanda özünə hələ də iş axtarırmış. Heç bir millinin üzvü olmayan adıçəkilən xanımlar Azərbaycanın yığmasından gələn təklifə seviniblər. “Milliləşmə” zamanı qara qəpik də almayan 3 əcnəbi qadın həndbolçu sadəcə maaşa və qələbə qazanacaqları təqdirdə mükafat almaq üçün anlaşıblar.

5 xanım həndbolçu isə yeni gətirilib. Bu qadın həndbolçuların hamısı Rusiyadandır. Ancaq onlar “milliləşərkən” federasiyadan pul tələb ediblər. Hər biri üçün ayrılıqda təxminən 50 -60 min manat ödəyən federasiya maaş da ayırıb. Yığmamıza yeni gələn Yekaterina Artamanyova (28 yaş), İrina Klimenko (22), Mariya Raçitelyeva (24), Anna Burova (21) və Alla Çernişova (20) maaşdan əlavə 1 il ərzində millimizin tərkibində çıxış etdiyi müddətcə mükafatlarını da alacaqlar. Rusiyalı qadın həndbolçularla ilkin anlaşma 1 il müddətinədir. Əgər federasiya onların çıxışından razı qalsa, müqavilə uzadıla bilər. Təbii ki, həmin qadın həndbolçular razı olarsa….

1993-cü il təvəllüdlü Mariya Raçitelyeva 162 sm. boya malikdir. Ölkəsində idman ustası olan 2008-ci ildən 2016-cı ilə qədər Rusiya həndbol yığmasının üzvü olub. O, Rusiyanın gənclərdən ibarət yığma komandasının heyətində beynəlxalq turnirin qalibi (2011), üzvü olduğu klubun tərkibində Rusiya çempionu (2016), Rusiya Kubokunda gümüş (2016), Rusiya çempionatının isə bürünc mükafatçısı (2015) olub. Sol cinah oyunçusudur.

179 sm. boya malik Yekaterina Artamanyova isə ölkəsində “Rostov-Don-2” klubunun üzvü olub. Amma heç vaxt Rusiya millisinə dəvət almayıb.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

342