!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əcnəbilərin Türkiyədə torpaq alması əngəlləndi

!Reklam – Yazi

Əcnəbilərin Türkiyədə 400 min dollar dəyərində daşınmaz əmlak alaraq vətəndaşlıq əldə etmələrinə imkan verən qayda dəyişdirilib.

Yenicag.az xəbər verir ki, vətəndaşlıq əldə etmək üçün torpaq alışı zamanı torpaq üzərində ev olması şərti qoyulub.

Türkiyə vətəndaşlığı qanununun tətbiqi ilə bağlı sənəddə dəyişiklik ölkənin “Rəsmi Qəzet”ində dərc olunub.

Əcnəbilər Türkiyədə 400 min dollar dəyərində daşınmaz əmlak əldə edərək vətəndaşlıq əldə edə biləcəklər. Xaricilər əvvəlki kimi yaşayış binalarından mənzil əldə edə bilərlər. Dəyişikliyə görə, əcnəbilər üzərində ev olmayan torpaq sahəsini ala bilməyəcəklər. Əcnəbilər yalnız üzərində ev tikilmiş torpaq sahəsini əldə edə biləcəklər.

Qaydanın əvvəlki variantında yalnız “Dəyəri ən azı 400 min ABŞ dolları və ya ekvivalent xarici valyuta olan daşınmaz əmlak” ifadəsi yer alırdı.

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv