Əcnəbilərin uzaq qaçdığı QEYRİ-NEFT SEKTORU: “Azərbaycana xaricdən pul köçürmələrinin azalması…” – VİDEO

“Xarici investorların Azərbaycanın qeyri-neft sektorunda zəif iştirakı xaricdən pul köçürmələrinə də mənfi təsir göstərir”.

Ötən il Azərbaycana xaricdən pul köçürmələrinin həcmində 14 faiz azalma qeydə alınıb.

İqtisadçı Vüsalə Əhmədova Yenicag.az-a açıqlamasında bu statistikaya təsir edən amillərdən danışıb.

İqtisadçının sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin azlığı xaricdən pul köçürmələrinin həcminə də təsir göstərir.

Mövzuya həsr olunan videomaterialı təqdim edirik:

Gülşən Şərif