!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ədalət tərəzisi": “Təsir imkanları geniş olan ABŞ Ermənistana təzyiq göstərmir, çünki...” - ŞƏRH

!Reklam – Yazi

“ABŞ-nin regiona yanaşmasında və Cənubi Qafqazla bağlı maraqlarında ədalət prinsipi heç vaxt gözlənməyib”.

Bunu ABŞ-nin erməni təxribatlarına susqun yanaşmasından danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ABŞ-də təəssüflər olsun ki, erməni lobbisi rəhbəri olan Aram Amparyanın təsir dairəsində olan senator və konqresmenlər var:

“Ümumiyyətlə, otuz il Azərbaycan torpaqlarının işğalı müddətində də ABŞ və ona bağlı olan qüvvələr ədalətin yanında yer almadı. ABŞ işğalçı ilə işğala məruz qalanı daim tərəzinin eyni gözündə dəyərləndirdi.

Ermənistan Azərbaycana qarşı təxribat keçirir və bu təxribatlar Azərbaycan ərazilərinin müvəqqəti yerləşmiş rus sülhməramlılarının gözü qarşısında baş verir. Rus sülhməramlılarının üzərinə düşən öhdəliklərin heç birini yerinə yetirə bilmədiyi hər kəsə bəllidir. Belə olan təqdirdə ABŞ-nin bu məsələyə seyrçi mövqedə qalması və münasibət bildirməməsi nə qədər ədalətsiz olduğunun göstəricisidir.

ABŞ bölgədə sülh istəyirsə, Ermənistana təsir və təzyiq imkanları çox genişdir.

Bir daha qeyd etmək istəyirəm ki, ABŞ-nin regiona yanaşmasında və Cənubi Qafqazla bağlı maraqlarında ədalət prinsipi heç vaxt gözlənməyib”.

Nəsimi Ələsgərli

www.yenicag.az

20896
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv