!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ədalətsiz Avropanı əvəzləyəcək ŞƏRQ ALTERNATİVİ: “Onların yaratdığı qayda-qanunlarla yaşamaq...”

!Reklam – Yazi

“Avropa İttifaqı Azərbaycanla bağlı verdiyi qərarları bir daha diqqətlə analiz etməlidir”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Jozep Borrelin Azərbaycana qarşı son qərəzli çıxışının Bakı ilə Brüssel arasında münasibətlərə təsirindən danışan politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının Azərbaycana yönəlik basqılarının Fransadan qaynaqlandığı artıq heç kimdə şübhə doğurmur:

“Çox təəssüf ki, Avropa İttifaqı kimi qlobal iqtisadi-siyasi məkan bir dövlətin geosiyasi maraqlarının girovuna çevrildiyini təsdiq etdi. Bu isə Avropa İttifaqının cəzbediciliyinin aşağı düşdüyünü açıq şəkildə göstərir. Belə bir vəziyyətdə isə heç kim Avropa İttifaqına etibar və etimad ediləcək güc mərkəzi kimi yanaşmayacaq.

Beynəlxalq hüquq, insan haqları və demokratiya məskəni kimi tanınan Avropa İttifaqı artıq bu statusunu sürətlə itirir. Çünki Haaqa İnsan Hüquqları Məhkəməsinin belə hansısa maraqlar kontekstində qərarlar qəbul etdiyi görünür.

İkinci Dünya müharibəsindən sonra Qərbin yaratdığı “nizam” demək olar, tamamilə darmadağın olub. Ədalət olmadığı yerdə isə əxlaq və nizamdan söhbət gedə bilməz. Avropa, ABŞ və ümumlikdə xristian dünyasının davranışlarında üzə çıxan gerçəklər də bunu bir daha sübut edir.

Bu gün hansısa güc mərkəzlərinin geosiyasi maraqları kontekstində dünyanın əksər bölgələrində müharibələr gedir, insanlar kütləvi şəkildə qətlə yetirilir. Yaranmış vəziyyət fonunda yeni güc mərkəzlərinə və beynəlxalq münasibətlərə ehtiyac olduğu açıq-aşkar ortadadır. Bu amillər nəzərə alındıqda, Azərbaycan daha çox türk dövlətləri ilə münasibətlərini gücləndirməlidir. Hazırda hər sahə üzrə Qərbi əvəzləyəcək Şərq dünyası da mövcuddur.

O səbəbdən, Avropa Azərbaycanla bağlı verdiyi qərarları bir daha diqqətlə analiz etməlidir. Avropanı qazla təmin edən Azərbaycandır. Hər hansı sanksiya tətbiq olunacağı təqdirdə, Azərbaycan qazını və digər məhsullarını alacaq digər ölkələr də mövcuddur.

Əlavə olaraq, yeni dünya düzənində Türkiyə də bir sıra məsələlərdə daha diqqətli olmalıdır. Düzdür, Türkiyə NATO üzvüdür. Ancaq hərbi çevrilişlərin də NATO-ya bağlı şəxslər tərəfindən təşkil edildiyini unutmaq olmaz. Bu və sadalanan digər amillər göz önünə gətirildikdə, Qərbin yaratdığı qayda-qanunlarla yaşamaq müsəlman və türk dövlətlərinə həqarətdən başqa bir şey deyil. Artıq mühüm qərarlar verməyin vaxtı çatıb”.

Nəsimi Ələsgərli

www.yenicag.az

4777
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv