!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ednews saytına yeni baş redaktor təyin edildi

!Reklam – Yazi

Ednews (Avrasiya Gündəliyi) beynəlxalq analitik informasiya portalına yeni baş redaktor təyin olunub. Bu vəzifəyə jurnalist Vüsalə Balayeva təyinat alıb. 

Xatırladaq ki, Balayeva Vüsalə bundan əvvəl bir neçə media qurumunda məsul vəzifələrdə çalışıb. O, Azərbaycan Radiosunun Proqramlar Departamentində şöbə müdiri, İctimai Televiziyada redaktor, daha sonra İTV-nin baş direktorunun radio üzrə müavini vəzifəsində çalışıb və bir sıra layihələrin rəhbəri olub. Eyni zamanda, keçmiş ANS televiziyasında Proqramlar Departamentinin direktor müavini kimi fəaliyyət göstərib.

V.Balayeva, həmçinin son 4 ildə əvvəl “Ölkə.Az” saytında siyasi-sosial müxbir, daha sonra Bizim.Media xəbər portalında redaktor-jurnalist və Parlament müxbiri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, ednews.net (Avrasiya Gündəliyi) Beynəlxalq Avrasiya Mətbuat Fondu və Avrasiya Media Şəbəkəsinin müxtəlif regional və qlobal münaqişələrin dinc yolla həll olunması istiqamətində töhfə vermək məqsədi daşıyan təşəbbüsüdür.

Sayt 2015-ci il avqustun 1-dən fəaliyyət göstərir.

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv