!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Eduard Məmmədovun tələbəsi Avropa Oyunlarında çempion oldu - VİDEO

!Reklam – Yazi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-Təlim Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədovun tələbəsi Fərid Ağamoğlanov III Avropa Oyunlarında qızıl medal qazanıb.

Yenicag.az xəbər verir ki, Polşanın Krakov şəhərində keçirilən turnirdə kikboksinqin full-kontakt versiyasında yarışan Fərid finalda italiyalı Damiano Salvatore ilə üz-üzə gəlib. 63,5 kq çəki dərəcəsində baş tutan döyüşdə F.Ağamoğlanov 3-0 hesablı qələbə qazanıb. Bununla da o, III Avropa Oyunlarında ölkəmizin aktivinə üçüncü qızıl medalı yazdıran idmançı olub.

Kikboksçumuzun şəxsi məşqçisi Eduard Məmmədov bu yüksək nəticənin əldə olunmasında göstərilən dəstəyə görə bütün azarkeşlərə, Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinə öz təşəkkürünü bildirib.
Eduard Məmmədov eyni zamanda milli komandanın baş məşqçisi, Əməkdar məşqçi Elşən Abdulrəhimov və uzun illər məşqçisi olmuş Çingiz Eyvazova da dərin minnətdarlığını bildirib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv