!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Efirdə tanış olub evlənənlər: “Milyonların gözü qarşısında...” - Aktyordan SƏRT ETİRAZ

!Reklam – Yazi

“Bir insanın gələcək həyat yoldaşı ilə efirdə tanış olması və milyonlarla insanın onları izləməsi, bir-birinə yaraşıb-yaraşmaması barədə qərar verməsi nə deməkdir?”

Bunu telekanallarda yayımlanan evlilik proqramları ilə bağlı fikirlərini bölüşərkən tanınmış aktyor Reşat Kəsəmənli Yenicag.az-a açıqlamasında deyib.

Aktyor milyonların gözü qarşısında yaranan tanışlıq və evliliyə qarşı çıxıb:

“Hər bir insanın özəli olmalıdır. Amma artıq elə bir vəziyyətə gətirib çıxarıblar ki, insanların özəli belə qalmayıb.

İnsanlar özəllərinin olmasını istəmir, buna görə də həyatlarını efirə çıxarıb ictimailəşdirirlər. Ailə qurursansa, bu da sənin özəlindir. Bir insanın gələcək həyat yoldaşı ilə efirdə tanış olması və milyonlarla insanın onları izləməsi, bir-birinə yaraşıb-yaraşmaması barədə qərar verməsi nə deməkdir?

O cütlükdən hansı möhkəm təməlli ailə gözəlmək olar? Məsələnin digər bir tərəfi, iki insan ictimai yerdə nə dərəcədə bir-birini tanıya bilər? Təbii ki, onlara verilən sualların cavabları da qeyri-səmimi olacaq. Yaxud da verilən suallar da səthi suallardan o yana keçməyəcək. Belə halda qurulan ailələrin möhkəmliyindən söhbət belə gedə bilməz. Bu, mümkünsüzdür. Çünki insan bir şəxin xarakteri ilə tanış olmaq üçün özünə lazım olan sualları verir. Bu iki nəfərin arasında olan söhbəti ictimiləşdirmək nə dərəcədə doğrudur? Mən onları qınayıram, qəti şəkildə pisləyirəm.

Belə insanların 90 faizinin çıxışı sosial şəbəkələrdə gülüş obyektinə çevrilir, təqlid olunur. Bu, artıq ucuzlaşmaqdır. Olmaz!”

Cəvahir

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv