!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Efirdəki rəzalətə SƏRT REAKSİYA: “Təbrizli müğənninin verilişdən qovulması əxlaqsızlıqdır”

!Reklam – Yazi

“Belə əxlaqsız adamları dövlətdən maliyyələşən telekanallardan qovmaq lazımdır”.

Bu fikirləri ARB kanalında yayımlanan “Həmin Zaur” verilişində aparıcı Zaur Kamalın Güney Azərbaycandan dəvət etdiyi sənətçi Afşin Azərini canlı yayımdan qovmasına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, belə aparıcıları dövlətdən maliyyələşən telekanallardan qovmaq lazımdır:

“Ümumiyyətlə, o adamın televiziyada veriliş aparmasını Azərbaycan xalqına təhqir hesab edirəm. Görübsünüz, özünü çox eqoist aparır, verilişinə dəvət etdiyi qonaqları aşağılayır, qadın müğənnilərə sataşır və sair.

Məndə olan məlumata görə, o insanları verilişə dəvət etmək üçün rüşvət alır. Ona görə də bu adamı telekanallardan qovmaq lazımdır. Axı o kimdir ki, verilişə gələnlərlə o cür davranır?

Təbrizli müğənninin verilişdən qovulmasına gəldikdə, bu, əxlaqsızlıqdır. Bilirsiniz ki, Güney Azərbaycanla bağlı məsələmiz son dərəcə həssaslıq tələb edir. Bu baxımdan, o aparıcının özünü oradan qovmaq lazımdır.

Yenə deyirəm, belə əxlaqsız adamları dövlətdən maliyyələşən telekanallardan qovmaq lazımdır. Belə biabırçılıq olar? Belə tərbiyəsiz adamları aparıcı eləməyə ehtiyac yoxdur.

A.Zeynalov

www.yenicag.az

840
Ads
www.veteninfo.com
!Reklam – Arxiv