!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Efirdən özünə ər axtaranlara: “Daş dövründə yaşamırıq ki...” – Sanura

!Reklam – Yazi

“İndi hansı dövrdə yaşayırıq ki, insanlar efirə çıxıb, özünə ər, yaxud da arvad axtarsın? Bu münasibətləri qətiyyən səmimi hesab etmirəm”.

Bu fikirləri tanınmış aktrisa Sanura Cəfərova Yenicag.az-a açıqlamasında deyib.

“Aktrisa son vaxtlar dəbdə olan və efir məkanını zəbt edən evlilik proqramları ilə bağlı fikirlərini bölüşərkən deyib. O, belə bir vasitədən istifadə edərək milyonların gözü qarşısında özünə ər, yaxud da arvad axtaran insanların efirə çıxmadan da şəxsi həyatlarını yoluna qoya biləcəklərini bildirib:

“Daş dövründə deyil, müasir dövrdə yaşayırıq. İnsanların özəl həyatlarını yaşaması üçün kifayət qədər fürsətləri var. Məsələn, sosial şəbəkələr yeni ünsiyyət yaratmaq üçün əlverişli platformalardır. Yəni bir kişi ilə bir qadının tanış olması, ünsiyyət qurması üçün yetərincə şərait və eyni zamanda sərbəstlik var. Belə şərait varsa, telekanallara çıxıb milyonlarla izləyicilərin gözü önündə özəl həyatlarını müzakirəyə çıxarmaq, şəxsi həyatlarını gündəmə gətirməyə nə ehtiyac var, bunu anlamaq olmur. Ailə qurmaq istəyən şəxslər mütləqdirmi ki, efirə çıxıb, bunu el-aləmə car çəksinlər?..

Əgər biri efirə çıxıb, bu yolla özünə kimisə tapıb evlənirsə, bu ailənin davamlılığına güvənmirəm. Təcrübə də göstərir ki, bu yolla ailə quran cütlüklərin 90 faizi sonradan boşanmağa məhkumdur. Çünki dəfələrlə bunun şahidi də olmuşuq ki, efirə çıxıb ailə quran insanlar elə boşandıqlarını da efirdə elan edirlər və ailə-məişət problemlərinin həlli üçün kömək istəyirlər”.

Cəvahir

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv