!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Efirdən qonorar tələbi”nə Sevincdən REAKSİYA: “Onsuzda o müğənnilərə pul verən olmayacaq”

!Reklam – Yazi

Müğənnilərin televiziyalardan qonorar tələbi şou-biznez gündəmini zəbt etməkdə davam edir. Bəzi müğənnilər bu fikri dəstəkləsələr də, bəziləri əksinə, bunun mümkünsüz olduğunu düşünür. 

Yenicag.az-a açıqlama verən müğənni Sevinc Ağaşirinova sənət adamlarının istəyi ilə reallığın üst-üstə düşmədiyini bildirib:

Televiziyalardan pul qazanmağın mümkünsüz olduğunu deyən Sevinc bildirib ki, buna başqa vasitələrlə nail olmaq mümkündür:

“Azərbaycanda belə bir şey olmayıb və olmayacaq da. Çox da ümidlə yaşamasınlar. Çünki televizora da baxan yoxdur. Gərək televiziya nə qədər pul qazansın ki, oradan müğənniyə qonorar ödəyə bilsin. Buna inanmıram, heç ümid də etmirəm. İstəyə bilərlər, amma bilirəm ki, heç bir televiziya hansısa proqrama çıxması üçün müğənniyə pul verməyəcək. Başqa anlaşmalar ola bilər. Məsələn, verilişə qatılıb, görüntülərini “Youtube”da yayımlaya və oradan gələn gəlirə ortaq ola bilərlər. Belə anlaşmalar mümkündür. Amma, “Gəl efirə, əvəzində sənə pul ödəyək”, – deyilməsinə inanmıram. Çunki saysız-hesabsız sosial media proqramları var, insanlar orada əylənirlər, televiziyalara heç kim baxmır, çünkü onlara maraqlı deyil. Televiziyaların aqibəti də getdikcə pisliyə doğru dəyişir. Hər halda bu, mənim düşüncəmdir.”

Cəvahir

www.yenicag.az

887
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv