!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Efiri zəbt edən BAYAĞI MAHNILAR: “Baxanda, adam xəcalət çəkir”

!Reklam – Yazi

“Sənəti-səviyyəsi, musiqi təhsili olmayan insanlar bu gün efirlərdə meydan sulayırlar”.

Bu sözləri tanınmış müğənni Nazim Pişyarı Yenicag.az-a açıqlamasında deyib.

Bayağı mahnıların efirlərdə təbliğ olunmasına qarşı çıxan sənətçi buna şərait yaradanları tənqid atəşinə tutub:

“Bu bayağılığı təbliğ edən də elə telekanallardır. Az.TV və İTV-dən başqa hamısı bayağılığı təbliğ edir. Tək musiqilər deyil, elə verilişlər, aparıcılar da bayağıdır, verdikləri suallar də bəsitdir. Çünki peşəkarlar qalıb qıraqda, bu gün özfəaliyyətilə meydan sulayır.

Özfəaliyyətin zövqü də təbliğ olunan bayağı musiqilərdən ibarətdir. Kobud da çıxsa, ataların bir misalını çəkəcəm: “Atlar ölüb, itlərin bayramıdır”. Bunu mən yox, atalar deyib. Tofiq Quliyev, Elza İbrahimova, Cahangir Cahangirov, Səid Rüstəmov, Telman Hacıyev, Rəşid Behbudov, Anatollu Qəniyev, Flora Kərimova, Rübabə Muradova, Nərminə Məmmədova… saymaqla bitmir.

Görün, bizim necə korifeylərimiz olub. Niyə onların musiqilərini təbliğ etmirik, niyə o mahnıları yaşatmırıq? “Youtube”da izləmə sayına baxanda, adam xəcalət çəkir. Amma hansısa “puştum” mahnı milyonlarla baxış yığılır. Televiziyada da onları bəh-bəhlə tərifləyib verilişlərə çağırırlar.

Sənəti-səviyyəsi, musiqi təhsili olmayan insanlar bu gün efirlərdə meydan sulayırlar. Buna görə də “dünyanın axırı” xəbəri gəlib çatıb yavaş-yavaş… Özünə hörmət edən müğənnilər bu gün efirlərdən imtina edib. Haradadır bizim o gözəl estrada müğənniləri? Tək-tük halda eifrlərə çıxırlar. Yəqin bir gün buna son qoyulacaq”.

Cəvahir

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv