!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Qaragöz” romanının təqdimatı keçirildi - VİDEO

!Reklam – Yazi

Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Qaragöz” romanının təqdimatı keçirilib.

Yenicag.az xəbər verir ki, təqdimata tanınmış şəxslər, millət vəkilləri, ədəbiyyat adamları və ictimaiyyət nümayəndələri qatılıb.

Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid deyib ki, uzun müddət Mətbuat Şurasının sədri vəzifəsində çalışan Əflatun Amaşov ilk dəfə bədii əsər yazıb və əsər çox peşəkar dildə qələmə alınıb.

Millət vəkili Sabir Rüstəmxanlı çıxışında Amaşovun istedadını yüksək qiymətləndirərək belə potensiala malik şəxsin ədəbiyyata gec gəlməməli olduğunu vurğulayıb.

Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı da Əflatun Amaşovun istedadına bələd olduğunu qeyd edib, sözügedən əsərin onun bacarığını tam əks etrdirdiyini deyib.

Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli və çıxış edən digər qonaqlar da əsəri yüksək qiymətləndirərək müəllifə uğur arzulayıblar.

Sonda çıxış edən Əflatun Amaşov romanın onun iç dünyasını əks etdirdiyini bildirib. O qeyd edib ki, burada insanların şeytanlaşması, kənar dünyadan gələnlərin dünyanın faciəyə getməsini bildirməsi kimi məqamlar əksini tapıb.

www.yenicag.az

1147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv