!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqanıstan İrandan 350 min ton neft alır

!Reklam – Yazi

Əfqanıstanın İrandan 350 min ton neft almasına dair tərəflər arasında müqavilə imzalanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Business Recorder” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, saziş Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərakatından ibarət nümayəndə heyətinin İrana səfəri zamanı imzalanıb.

Qeyd olunub ki, tərəflər keyfiyyət, qiymət, daşıma şəraiti və ticarət imkanlarını müzakirə edib, boru kəmərinin uzadılması və neft emalı zavodlarının tikintisi üçün birgə komitənin yaradılması barədə razılığa gəliblər.

ABŞ-ın 2021-ci ilin yazında silahlı qüvvələrini ölkədən çıxarmaq qərarını elan etməsindən sonra “Taliban” Əfqanıstana nəzarət etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Həmin il avqustun 15-də “Taliban” döyüşsüz Kabilə daxil olub. Sentyabrın 6-da radikallar bütün Əfqanıstana nəzrət etdiklərini, ertəsi gün isə legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıblar.

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv