!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqanıstan XİN-in yaxınlığında partlayış törədildi - YENİLƏNDİ

!Reklam – Yazi

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin (XİN) yaxınlığında baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb. 

Yenicag.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bildirilib ki, terrorçu-kamikadze Kabilin mərkəzində yerləşən radikal “Taliban” hərəkatının qurduğu Əfqanıstanın müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd edib.

“Terrorçu-kamikadze nazirliyə girməyə cəhd edib, lakin təhlükəsizlik orqanları onu binanın qapısının qarşısında aşkar edib. Bundan sonra terrorçu özünü partladıb”, – “Taliban” hökumətində Baş nazirin ofisinin rəhbərinin müavini Əhmədullah Müttəki tviter səhifəsində məlumat verib.

*** 16:21

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin Xarici İşlər Nazirliyi binası yaxınlığında baş verib.

Partlayışdan sonra atəş səsləri eşidilib.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv