Əfqanıstanda 6 hava limanı əməkdaşının ölümü ilə nəticələnən terror hadisəsi baş verib.
Yenicag.az Ölkə.Az-a istinadən xəbər verir ki, hadisə Qəndəhar vilayəti hava limanında qeydə alınıb. Bildirilir ki, hava limanında qadın sərnişinlərin üzərində axtarış həyata keçirməklə vəzifəli olan 5 qadının olduğu avtobus motosikletli 2 silahlının hücumuna məruz qalıb.
Hücum zamanı 5 qadın və avtobusun sürücüsü dünyasını dəyişib. Terror hadisəsinin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.
Faktla bağlı araşdırmalar davam edir.
Yenicag.az