!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqanıstanın işğalından qalan mina partladı – 9 uşaq öldü

!Reklam – Yazi

Əfqanıstanın Qəznə vilayətində SSRİ-nin Əfqanıstanı işğalından qalan minanın partlaması nəticəsində 9 uşaq həyatını itirib.

Yenicag.az xəbər verir ki, Taliban administrasiyasının xəbər agentliyi “Bəhktar”a danışan Qəznə mədəniyyət və informasiya müdiri Molla Həmidullah Nisar bildirib ki, Sovet İttifaqının Əfqanıstanı işğalından sonra Giro rayonunun Zedran kəndində dünən partlamamış mina partlayıb.

Nisar partlayışın uşaqların partlamamış mina ilə oynadığı zaman baş verdiyini qeyd edərək, hadisə nəticəsində 5-i qız olmaqla 9 uşağın həyatını itirdiyini bildirib.

1979-1989-cu illərdə Əfqanıstanı işğal edən Sovet İttifaqı və onun o zaman dəstəklədiyi Əfqanıstan hökuməti üsyançılarla mübarizə aparmaq üçün kənd yerlərində minalar yerləşdirib.

Bu minalar çoxlu uşaqların ölümünə və əlil olmasına səbəb olub.

Yenicag.az

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv