!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əfsanə TOPA TUTDU: “Kimin pulu var, onu da seriala çəkirlər”

!Reklam – Yazi

“Göbələk kimi hər gün bir aktrisa peyda olur. Heç bilmirsən, kimdir, nəçidir, haradan gəliblər… Dodaq silikon, qaş tatu, üz dolğu… Estetik prosedurların əleyhinə deyiləm, amma əndazə aşılmamalıdır. Aktrisa oynadığı obrazın emosiya, hiss, həyəcanını o silikon dodaq, o dolğulu sima ilə necə tamaşaçıya çatdıra bilsin?”

Bu fikirləri tanınmış model və aktrisa Əfsanə Qasımova Yenicag.az-a açıqlamasında deyib.

Təsadüfi insanların seriallara çəkildiyini təəssüf hissi ilə bildirən Əfsanə yeni çıxan aktrisalarla bağlı sərt fikirlər səsləndirib:

“Buna bir əncam çəkən yoxdur. Ortada sənət olmalıdır, amma başqa şeylər gündəmdədir. Baxırsan, yerindən duran, küçədən keçən seriala, flmə çəkilir. Dəxli yoxdur isdedadı oldu-olmadı. Bəli, kimin pulu var, onu da çəkirlər. Buna görə də məcbur qalıb bir kənara çəkilirsən. Tamaşaçını aldatmaq olmur, onlar peşəkar aktrisa ilə qeyri-peşəkar və istedadsız aktrisanın fərqini yaxşı bilir. İndi çəkilən serialların 80-90 faizi bərbad durumdadır. Söhbət həm aktrisanın qeyri-peşəkar oyunundan, həm ssenaridən, həm də rejissor işindən gedir.

Azərbaycan kino tarixinə bir daha köhnə filmlərimizdə rol alan aktrisalar, aktyorlar gəlməyəcək. Onları heç kim təkrarlamayacaq. Hələ ki Nəsibə Zeynalova, Yaşar Nuri, Nəcibə Məlikova, Hökümə Qurbanova və digər korifey sənətkarlarımızın yerini dolduran olmayacaq. Yeni nəsil yetişməlidir. Bəlkə də istedadlı aktrisalar var, amma təsadüfi insanların əlindən onlara meydan verilmir ki, özlərini sübut edə bilsinlər. Hər halda son onillik ərzində mənim rastıma çıxmayıb. Heç bundan belə də işıqucu görünmür”.

Cəvahir

www.yenicag.az

3311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv