!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Əfv edilənlərin cəmiyyətə inteqrasiyası bu qurumların diqqət mərkəzində olmalıdır” - ŞƏRH

!Reklam – Yazi

“Əfv olunanların siyahısında 801 nəfər var. Həmin insanlar yenidən cəmiyyətə qayıdır”.

Bu sözləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı haqda fikirlərini səsləndirən Milli Məclisin Deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bu il çərçivəsində həm ölkəmiz daxilində, həm də xaricdə çoxsaylı tədbirlər həyata keçirilir:

“Keçirilən tədbirlər çərçivəsində Azərbaycanın daxili və xarici siyasəti, geo-politikası, atdığı strateji addımlarla bağlı məsələlər müzakirə predmetinə çevrilir.

Eyni zamanda bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində əfv sərəncamının imzalanacağı gözlənilirdi. Bu gün bu gözlənti reallaşdı. Bu, Azərbaycanın müstəqillik dövrünün ən böyük əfv sərəncamıdır. Əfv olunanların göstərildiyi siyahıda 801 nəfər var.

Pezident İlham Əliyev öz təbiəti etibarilə çox humanist insandır. Növbəti dəfə də məhz eyni humanizm prinsiplərindən çıxış edərək çoxsaylı ailələri sevindirdi. Həmin insalar yenidən cəmiyyətə qayıdır. Onların cəmiyyətə inteqrasiyası, işlə təmin olunması müvafiq dövlət qurumlarının diqqət mərkəzində olmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv