!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfv sərəncamı “ömürlük”lərə şamil ediləcək? - AÇIQLAMA

!Reklam – Yazi

“Yanvar ayının 12-dən etibarən Əfv Komissiyası işinə başlayıb. Bu günə kimi komissiyanın 10 iclası keçirilib və 1300-dən artıq müraciətə baxılıb, müvafiq rəylərin alınması ilə bağlı qərar qəbul edilib”.
Yenicag.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, həmin rəylərin hər biri Prezidentə təqdim olunacaq:

“İclaslarımız aprel ayının sonuna kimi davam edəcək. Daxil olan bütün müraciətlər hərtərəfli komissiyadan keçir. Bu dəfə komissiyaya müxtəlif katiqoriyadan olan cinayətlərlə bağlı müraciətlər var. Demək olar ki, Cinayət Məcəlləsinin əksər maddələri ilə məhkum olunan şəxslərdən bu dəfə komissiyaya müraciətlər daxil olub”.

Əlməmməd Nuriyev komissiyaya ömürlük azadlıqdan məhrum edilənlərdən də müraciətlər daxil olduğunu vurğulayıb:

“Sağlamlıq əlehinə, iqtisadi, narkotik maddələrin qanunsuz dövriyyəsi, dövlət quruluşu əleyhinə, yol nəqliyyatı ilə bağlı olan cinayətlər və s. İlə məhkim olunmuş şəxslərin müraciətlərinə baxılıb. İstəlinən məhkum olunmuş və müraciət hüququ yaranan hər bir şəxs komissiyaya müraciət edə bilər. Hər bir şəxsin etdiyi cinayətin ağırlıq dərəcəsinə görə müyyən müddət keçəndən sonra müraciət huququ yaranır. Ömürlük azadlıqdan məhrum olan şəxslər isə cəzasının 10 ilini çəkəndən sonra komissiyaya müraciət etmək hüququ yaranır”.

Əlməmməd Nuriyev bildirib ki, əfv Prezidentin müstəsna səlahiyyətlərindən biridir və son qərar da dövlət başçısına aiddir.

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv