!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əgər bu məsələnin müzakirəsi üçün də bir araya gəlmək istəmirlərsə...” – REAKSİYA

!Reklam – Yazi

“Əgər vaxtında belə müzakirələr aparılsaydı, Milli Məclisə göndərilən təkliflərdə mümkün təkrarçılığa da yol verilməzdi”.

Bu fikirləri siyasi partiyalar haqqında qanunun yenilənməsi hazırlıqları fonunda mövcud təşkilatların qeyd olunan məsələnin birgə müzakirəsi üçün hələ də bir araya gəlmədiklərinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun fikrincə, siyasi partiyaların belə aktual məsələ ətrafında koordinasiyalı fəaliyyət göstərmələrinə ehtiyac var:

“Bildiyiniz kimi, artıq bir müddətdir siyasi partiyalar haqqında qanunun yenilənməsi məsələsi aktuallaşıb. Hətta məlum olduğu qədər partiyalara bununla əlaqədar öz təkliflərini hazırlayıb təqdim etmələri də tövsiyə olunub.

Mətbuatda gedən məlumatlara əsaslansaq, artıq 30-a yaxın partiya yenilənəcək qanuna öz təkliflərini hazırlayaraq Milli Məclisə göndəriblər. Yenə də mediaya istinad etsək, o zaman partiyaların irəi sürdükləri təkliflərin müəyyən istiqamətləri haqda məlumat almaq mümkündür.

Amma indiki halda diqqəti çəkən bir məqama toxunmaq istərdim. Burada söhbət siyasi partiyaların fəaliyyətini tənzimləyəcək qanunvericilik təşəbbüsündən gedir. Doğrudur, bayaq da qeyd etdim, partiyaların əksəriyyəti öz təkliflərini irəli sürüblər. Lakin təəssüf ki, partiyalar hələ də bu məsələnin ümumi müzakirəsi üçün bir araya gəlməyə cəhd göstərmirlər.

Əgər vaxtında belə müzakirələr aparılsaydı, Milli Məclisə göndərilən təkliflərdə mümkün təkrarçılığa da yol verilməzdi. O baxımdan, hesab edirəm ki, siyasi partiyaların belə aktual məsələ ətrafında koordinasiyalı fəaliyyət göstərmələrinə ehtiyac var. Əgər bu məsələnin müzakirəsi üçün də bir araya gəlmək istəmirlərsə, bu, əlbəttə ki, onların öz işidir”.

A.Zeynalov

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv