!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əgər bu olmazsa, münaqişə onilliklərlə davam edə bilər” - Zelenskidə xəbərdarlıq

!Reklam – Yazi

“Rusiya ilə davam edən müharibə hətta onilliklərlə davam edə biləcəyi təhlükəsindən danışıb.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə Finlandiyanın “Yle” xəbər agentliyinə müsahibəsində deyib.

Zelenski, hazırda əks-hücuma hazırlaşan Ukraynanın uğurunun, əsasən, Qərbin silah tədarükünü davam etdirib-etdirməməsindən asılı olduğunu bildirib:

“Biz mümkün qədər çox insanın həyatını xilas etmək istəyirik, ona görə də silahların sayı vacibdir. Kiyevə də 1939-1940-cı illərdə sovet-fin müharibəsinin nəticəsi olaraq Finlandiya ərazisindən bir hissənin SSRİ-yə verilməsi kimi sonluq lazım deyil. Həmçinin digər ölkələr üçün də hazırda Ukraynaya dəstək vermək Üçüncü Dünya Müharibəsinin risklərini artırmaqdan daha məqsədəuyğundur”.

O, Ukraynanın əks-hücum planlaşdırdığını təsdiqləyərək, onun Rusiya qüvvələrini dəf edə biləcəyini və Krım yarımadasını Ukraynanın nəzarətinə qaytara biləcəyini düşündüyünü qeyd edib.

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv