!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əgər o pullar hansısa məmurun boş-boş səfərlərinə xərclənəcəksə...” - ŞƏRH

!Reklam – Yazi

“Rüsumlar artırılırsa, vətəndaşlar ödədikləri vəsaitlərin hansı işlərə sərf olunduğunu bilməlidirlər”.

Bu Bu fikirləri “Dövlət rüsumu haqqında” qanuna nəzərdə tutulan dəyişikliklə ölkəyə gətirilən avtomobillərin və telefonların qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləğinin artırılmasını şərh edən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün hallarda büdcə vəsaitlərindən istifadə zamanı şəffaflığın təmin olunması vacibdir:

“Hökumət ölkəyə gətirilən avtomobil və telefonların qeydiyyatı üçün rüsumun məbləğini artırmaq qərarına gəlibsə, burada iki amilin təsirindən danışa bilərik. Birinci amil budur ki, dövlətin müxtəlif əhəmiyyətli layihələrinin həyata keçirilməsi üçün əlavə vəsaitlər tələb olunur. İkincisi isə ondan ibarətdir ki, hökumət öz öhdəliklərinin yerinə yetirilməsi üçün maliyyə kəsiri ilə üzləşib.

Əslində, əsas məsələ heç də rüsumun artırılması deyil. Bir nümunə göstərim. Məsələn, kommunal xərclər bahalaşdıqda bu hər kəsə, ilk növbədə isə aztəminatlı ailələrin büdcəsinə mənfi təsir göstərir. İmkanlı ailələr bunun təsirini o qədər də hiss etmirlər. Yəni qaz, işıq və suyun qiymətinin artması ilə müqayisədə avtomobillərlə telefonlar üçün rüsumun artırılması böyük problem deyil.

Burada çox arzuolunandır ki, bu kimi rüsumların artırılmasından büdcəyə daxil olacaq vəsaitlər təqaüdçülərin və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə sərf edilsin. Yəni əgər o pullar hansısa məmurun boş-boş səfərlərinə xərclənəcəksə, bundan nə dövlət fayda görəcək, nə də əhali.

Başqa bir mühüm məsələ isə büdcə vəsaitlərinin xərclənməsi zamanı şəffaflığın təmin olunmasıdır. Rüsumlar artırılırsa, vətəndaşlar ödədikləri vəsaitlərin hansı işlərə sərf olunduğunu bilməlidirlər”.

A.Zeynalov

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv