!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əgər “Sputnik Azərbaycan” ölkəmizdə fəaliyyətini davam etdirmək istəyirsə...” - İctimai SİFARİŞ

!Reklam – Yazi

“Azərbaycan dövləti niyə bu qadının rəhbərlik etdiyi media qurumunun ölkəmizdə fəaliyyətinə hələ də dözməlidir?”

Bu fikirləri Rusiya rəsmi təbliğatının əsas fiqurlarından biri olan Marqarita Simonyanın Azərbaycan əleyhinə çıxışlarına ara verməməsinin mümkün qarşılığını dəyərləndirən media eksperti Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, dövlət ictimaiyyətin istəyinə uyğun olaraq “Sputnik Azərbaycan”ın ölkəmizdə fəaliyyətini dayandırmalıdır:

“Rusiyada Marqarita Simonyanın başçılıq etdiyi bütün media qurumları antiAzərbaycan fəaliyyətilə məşğuldur. Ölkəmizdə “Sputnik Azərbaycan” adı altında fəaliyyət göstərirlər, eyni zamanda, çalışırlar ki, bir qədər maskalansınlar. Bununla belə, çox da əl-qol aça bilmirlər. Amma unutmaq olmaz ki, “Sputnik” böyük bir şəbəkədir və o, Azərbaycandan kənarda, xüsusilə də Ermənistandakı bütün fəaliyyəti ilə yenə də antiAzərbaycan mahiyyətlidir.

Yəni “Sputnik Armeniya” hər gün onlarla xəbər yayır, həmin informasiyalarda “Dağlıq Qarabağ Respublikası” ifadəsi işlədilir, bu qondarma qurumun müxtəlif “dövlət strukturları”ndan bəhs olunur və sair. Bütün bunları dırnaqsız təbliğ və təqdim edir. Əlbəttə ki, bir qolu da Azərbaycanda fəaliyyət göstərən media qurumunun bütün bölmələri Azərbaycanın dövlət suverenliyinə, beynəlxalq sərhədlərinə hörmətlə yanaşmalıdır. Amma gerçəklikdə bu belə deyil. Ona görə də həmin media orqanlarına qarşı zəruri tədbirlər görülməlidir.

Bu azmış kimi, dünən “Sputnik”in rəhbəri Simonyan açıq ifadələrlə “Dağlıq Qarabağın Ermənistana birləşdiriləcəyi” haqda təxribatçı fikirlərini ifadə edib. Azərbaycan dövləti niyə bu qadının rəhbərlik etdiyi media qurumunun ölkəmizdə fəaliyyətinə hələ də dözməlidir? Mən xatırladıram ki, bir vaxtlar BBC və “Azadlıq” radioları Azərbaycan əleyhinə fəaliyyətlə məşğul idi, siyasətimizə zidd materiallar yayımlayırdı, ona görə də Azərbaycan dövləti haqlı olaraq onları ölkədən çıxardı. Hazırda eyni fəaliyyəti daha eybəcər şəkildə Simonyanın “Sputnik”i edir. Azərbaycan isə onun bu fəaliyyətinə müşahidəçi mövqeyindən baxır. Belə olmamalıdır.

Çox istərdim ki, dövlətimiz həm də cəmiyyətin istəyi ilə hərəkətə keçsin. Bildiyiniz kimi, Azərbaycan ictimaiyyəti çoxdandır bununla bağlı məsələ qaldırır, həyəcan təbili çalır. Dövlət də ictimaiyyətin istəyinə uyğun olaraq “Sputnik Azərbaycan”ın ölkəmizdən rədd olub getməsini təmin etməlidir. Yaxud da “Sputnik Armeniya” Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa başlamalıdır. Ümumiyyətlə, əgər “Sputnik Azərbaycan” öz fəaliyyətini davam etdirmək istəyirsə, o halda Simonyan Azərbaycan əleyhinə çıxışlarına görə üzr istəməli, bir daha belə hallara yol verməyəcəkləri barədə öhdəlik götürməlidir. Bundan sonra onların fəaliyyətinə dözümlü yanaşa bilərik. Əks halda, “Sputnik Azərbaycan”ın ölkəmizdə yeri yoxdur”.

A.Zeynalov

www.yenicag.az

2221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv