!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhalimizin rus dili "SEVDA"SI: "30 ildir ki, əsarətdən çıxan ölkə..." - ŞƏRH

!Reklam – Yazi

Dövrün ən aktual problemlərindən biri də rus dili “sevda”sıdır. Əhalinin xeyli hissəsi çalışır ki, rus dilində danışsın, digərləri də görsün ki, “filankəs rusca danışa bilir”. Hətta şəhərin mərkəzindəki restoranların çoxunda menyular belə rus dilindədir, azərbaycanca yoxdur. Elə insanlar var ki, övladları ilə ancaq rusca danışır, uşaq öz dilimizi bilmir.

Bəs ana dili azərbaycan dili olan bir ölkədə niyə insanların çoxu rusca danışır? Rus dilində danışa bilməyən insanlara niyə bəziləri yuxarıdan aşağı baxır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, 70 ildir baş verən proses 3 günə dəyişməz:

“30 ildir müstəqilik. Nəzərə alsaq ki, Rusiya ilə münasibətimiz var. Həmçinin “Google” da nəyisə axtarışa verəndə ancaq rusca tapırıq. Öz dilimizdə məlumat çox azdır. Yeni nəsil də ingilis dilinə maraqlı olacaq. Rus dili gedəcək, ingilis dili gələcək. Hətta artıq ingilis bölməsində təhsil alanların sayı artıb. Fikir verirsinizsə, danışanda hamı “okey”, “ok” və s. deyir. Problem dəyişməyəcək.

Niyə ölkəmizdə insanlar başqa dildə danışır? Öz dilimizi genişləndirməliyik. Məlumatları bacardığımız qədər öz dilimizdə oxumalıyıq. Adicə bir xəstəlik barədə məlumat axtarın. Həm rus, həm ingilis, həm də Azərbaycan dilində axtarış verin. Görün, hansı dildə məlumat çoxdur?

Tarixə nəzər salın. Hindistan kimi böyük bir ölkə ingilis əsarətindən qurtulsa da, orada ingiliscə bilməyən hindistanlı demək olar ki, yoxdur. Bəli, inkişaf üçün digər dilləri bilmək vacibdir. Amma öz ana dilimizi də yaddan çıxarmamalıyıq”.

Şahanə Paşa

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv