!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhalini bezdirən TIXAC PROBLEMİ: "Elə bir müəssisə görmədim ki..." - AÇIQLAMA

!Reklam – Yazi

Bildiyimiz kimi, hal-hazırda əhalini ən çox narahat edən məsələlərdən biri də tıxaclardır. Yaranan problemlər ya çökən yollarla, ya qəzalarla, ya da artan əhali ilə əlaqələndirilir.

Bəs əsl səbəblər hansılardır? Tıxacları aradan qaldırmaq üçün alternativ yollar mövcuddur?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, tıxacın yaranma səbəbləri müxtəlifdir:

“Biri var ki, daimi tıxac, biri də var lokal formada. Daimi tıxac yolların intensivliyindən, sıxlığından aslı olaraq baş verir. Lokal tıxac isə tikinti, yarış və s. səbəblərdən yaranır və müvəqqəti olur. Ümumiyyətlə, Bakıda yol hərəkətlərini nizama salmaq üçün ən vacib məsələ tıxacların aradan qaldırılmasıdır. Bəzi yollarda genişləndirilmə işləri aparıla bilər. Son zamanlarda fikir verirəm ki, yolun hərəkət hissələri nəqliyyat vasitələrilə tutulur. Məsələn, bəzi yerlərdə “parking” etməyə icazə yoxdur, amma edirlər. Yolun hərəkət hissəsində maşın saxlamağın tam əleyhinəyəm. Səbəblər çoxdur.

Araşdırmaq üçün xəritə çıxarılmalıdır. Hansı yollarda çox tıxac varsa, aradan qaldırılması üçün işlər görülməlidir. Bir də əvvəllər bizdə lövhələr var idi. Həmin lövhələr hansı yollarda tıxac var, hansı alternativ yollardan istifadə etmək olar, göstərirdi. Amma indi həmin lövhələrdə heç bir məlumat göstərilmir. Bəzən tıxaclar elə formaya düşür ki, sonra aradan qaldırmaq olmur. Tıxac məsələsi bir günə həll olunan deyil. Yeni proqram tətbiq edilməlidir.Bəzi yerlərdə görürük ki, piyada axını çoxdur. Bunları da nəzərə almaq lazımdır.

BNA da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə verilib, bilinmir ki, necə olacaq. Bu işdən başı çıxan bir təşkilat lazımdır. Mən hələ də bu problemlərlə tam, dəqiq məşğul olan bir müəssisə görməmişəm”.

Eldəniz Cəfərov isə bildirib ki, tıxacların yaranmasına əhali sayının artması səbəb olur:

“Həm əhali sayı artır, həm də avtomobil parkları artır. Regionlardan Bakı şəhərinə böyük axın var. Bu səbəbdən də birinci sıxlıq, sonra da tıxac yaranır”.

Şahanə Paşa

www.yenicag.az

853
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv