!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əhalini təngə gətirən CANLI YAYIMLAR: Cəmiyyətin axırı hara gedir? - DİN-dən RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

Sosial şəbəkələrdə əhalini narahat edən məsələlərdən biri də canlı yayımların etikadan kənar olmasıdır. Bələ ki, ən çox “TikTok” platformasında açılan canlı yayımlarda insanlar söyüş söyür, bağırır, narkotik vasitələri təbliğ edir, kimisə alçaldır, təhqir edir. Bu kimi hadisələr ölkəmizi də digər ölkələrin gözündə yaxşı nümunə kimi göstərmir.

Bəs bu cür halların qarşısı necə alınır? Hansı tədbirlər görülür, yaxud görülməlidir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, sosial şəbəkə seqmentlərində vətəndaşların ayrı-ayrı şəxslər tərəfindən təhqir olunması və s. problemlər araşdırılır:

“Həmçinin onların hüquqazidd əməllərə məruz qalması, dələduzluq halları ilə bağlı daxil olan müraciətlər üzrə müvafiq araşdırmalar aparılır. Əsasən, dələduzluq halları var ki, vətəndaşlarımız diqqətli olmalıdır. Tanımadıqları şəxslərə öz kart məlumatlarını göndərməməlidirlər. Və bütün hallarda vətəndaş sosial şəbəkələrdə başına gələn hüquqdan kənar hallarla bağlı polisə müraciət etməlidir”.

Digər bir tərəfdən “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev qeyd edib ki, televiziyada yayımlanan bəzi verilişlər sosial şəbəkələrdəki problemlərdən heç də geri qalmır:

“Mənə görə, eyni haldır. Amma son zamanlar dövlət qurumlarında sosial şəbəkələrlə bağlı müvafiq strukturlar fəaliyyətə başlayıb. Həmin insanların normal davranışlara zidd olan hərəkətləri araşdırılır.

Son zamanlar kiber sahəsində yeni addımlar atılır. Vətəndaş nəzarəti də olmalıdır. Bu subyektlərin hərəkətləri hüquqa ziddir. Onlar başqa şeyləri təbliğ edirlər. Əxlaqa zidd halları cəmiyyətə aşılayırlar.

Həmçinin maarifləndirmə tədbirləri keçirmək lazımdır. Elə verilişlərdə də vəziyyət bərbaddır. Psixoloqlar çıxır, hansı evli ər-arvadın sevgilisi var, ondan danışırlar. Zamanında bu problemin qarşısı alınmadı. İndi isə qarşısını almaq lap çətinləşib. O cür qeyri-etik davranışlara yol verən varlıqların cəmiyyətdə heç bir missiyası yoxdur”.

Şahanə Paşa

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv