!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhalinin alıcılıq qabiliyyəti və genişlənən TİCARƏT DÖVRİYYƏSİ: “Bu artımın davamlı olması...”

!Reklam – Yazi

“Vətəndaşların nominal gəlirlərinin artımı və insanların pandemiya dönəmində öz vəsaitlərini uzun müddət xərcləyə bilməməsi nəzərə alınır”.

Bu fikirləri ölkədə pərakəndə ticarət dövriyyəsinin genişlənməsini şərtləndirən amilləri dəyərlərindən iqtisadçı Elman Sadıqlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, əhalinin alıcılıq qabiliyyəti artdıqca, ticarət dövriyyəsinin genişlənməsi qanunauyğun prosesdir:

“Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,4 faiz artıb. Artımın səbəbləri müxtəlifdir. Hər bir halda biz makroiqtisadi göstəricilərə baxdıqda, müəyyən səbəbləri görə bilirik. İlk olaraq, burada rəsmi statistik inflyasiya göstəricisindən söhbət gedir.

Ola bilsin, ayrı-ayrı məhsullarda inflyasiya orta göstəricidən daha yüksəkdir. Həmin məhsulların alışı isə dolayısı ilə pərakəndə ticarət dövriyyəsinə təsir edir. Digər tərəfdən, əhalinin ötən ilə nisbətən gəlirləri və alıcılıq qabiliyyətində də artım var ki, bu da pərakəndə ticarət dövriyyəsinin genişlənməsini şərtləndirir.

Önəmli nüanslardan biri də budur ki, qeyri-ərzaq məhsullarında 4,9 artım mövcuddur və bu da təbiidir. Burada əhalinin nominal gəlirlərinin artımı və insanların pandemiya dönəmində öz vəsaitlərini uzun müddət xərcləyə bilməməsi nəzərə alınır. Nəticədə alışların nisbətən artması qaçılmaz olur.

Əslində, dünyada orta göstəricilərə nəzər saldıqda, istər pərakəndə dövriyyədə, istərsə də ərzaq məhsullarının satışında müşahidə olunan artım digər ölkələrdə də qeydə alınıb. Bəs bu artım davam edəcəkmi? Məsələ ondadır ki, burada əsasən, inflyasiyanın hesablanmasından çox şey asılıdır. Hesablama aparılarkən, ümumilikdə orta inflyasiya rəqəmi çıxarılır. Belədə bəzi məhsulların qiyməti digərlərini üstələyə bilər.

Amma qiyməti artan məhsullar dövriyyədə daha çox iştirak edir. Məhz bu məhsulların alışı həyata keçirildikdə, birbaşa artıma təsir göstərir. Buna görə də o məsələnin incəliyi nəzərə alınmalıdır.

O baxımdan, gələn ildə də hər hansı ərzaq məhsulunun qiymətində artım olarsa, bəzi məhsullarda orta statistik inflyasiya göstəricilərindən daha çox artım təşkil edərsə və əhalinin gəlirləri çoxalırsa, pərakəndə ticarət dövriyyəsinin böyüməsi realdır.

Azərbaycan inkişaf etməkdə olan dövlətdir. Ölkədə istənilən sahədə potensial artım imkanları var. İstər tikinti sektoru, istər ərzaq məhsullarının realizəsi üzrə artım üçün imkanlar mövcuddur. Əhalinin alıcılıq qabiliyyəti artdıqca, ticarət dövriyyəsinin genişlənməsi qanunauyğun prosesdir”.

Yusif Səmədzadə

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv