Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əhalinin banklardakı pulu 8 milyardı ötüb

2018-ci il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq 8 milyard 199,1 milyon manat təşkil edib.

Yenicag.az-ın məlumatına görə, əmanətlərin 62,6 faizi xarici, 37,4 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,8 faiz artıb.

2018-ci il oktyabr ayının 1-nə isə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 302,4 milyon manat təşkil edib, onun 9 milyard 838,9 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,2 faizini təşkil edib.

Loading...

www.yenicag.az

4228
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100