!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri açıqlandı

!Reklam – Yazi

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 % artaraq 7 milyard 162 milyon manat təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 5 milyard 398,5 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,4 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 1 milyard 545,7 milyon manatı dövlət, 5 milyard 616,3 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İl ərzində hər bir ölkə sakini orta hesabla 706 manatlıq və yaxud 1 il əvvələ nisbətən 145,1 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv