!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhaliyə ŞAD XƏBƏR – Bu məhsullar ucuzlaşacaq

!Reklam – Yazi

Dövlət Statistika Komitəsinin məlumatına görə 2023-cü ildə bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın qiymətində olub.

Ucuzlaşma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Bəs görəsən 2024-cü ildə hansı məshulların qiymətində ucuzlaşma və bahalaşma proqnozlaşdırılır?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, un və un məhsullarında, həmçinin yağlarda ucuzlaşma ola bilər.

“Dünyada gedən proseslərlə yanaşsaq, hal-hazırda buğdanın qiyməti tədricən ucuzlaşır. Adətən yaz fəslinə doğru buğdanın qiymətində bahalaşma olurdusa, bu il ucuzlaşma gözlənilir. Bu isə un və un məhsullarının qiymətində ucuzlaşmanın olacağını göstərir. 2024-cü ildə ətin qiymətində ucuzlaşma hələki gözlənilmir.

Əslində ətin qiyməti ilə bağlı daha dəqiq proqnoz heyvandarlığın inkişafından asılı olaraq dəyişə bilər. Yerli bazarda satılan düyünün əksər hissəsi idxal hesabına əldə olunduğuna görə və dünya bazarında bu məhsulun az da olsa bahalaşmasını nəzərə alsaq, bu ərzaq məhsulunda da bahalaşma gözlənilir. Yağlara gəldikdə isə, duru və kərə yağlarında ucuzlaşma mümkün görünür”.

Ekspert qeyd edib ki, bu il yağıntılar və məhsuldarlığın bol olmasını nəzərə alaraq, meyvə və tərəvəzlərin qiymətində də ucuzlaşma gözlənilir.

“Bu il ölkədə meyvə və tərəvəzin bol olacağı ilə bağlı proqnozlara əsasən, bu növ məhsullarda da ucuzlaşma ehtimal olunur. Nəzərə almaq lazımdır ki, infiliyasiyanın olması da ərzaq qiymətlərinin dəyişməsinə təsir göstərir. Çünki məhsul nomenklaturasında yarıdan çox məhsulda bahalaşma gedirsə, bu digər məhsullara da təsir edir”.

www.yenicag.az

102
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv