!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhaliyə ŞAD XƏBƏR - Bu məhsulların qiyməti UCUZLAŞA BİLƏR

!Reklam – Yazi

“Ölkəmizdə türk məhsullarının qiymətlərinin aşağı düşməsi müşahidə oluna bilər”.

Bu fikri türk lirəsinin dollar qarşısında antirekord səviyyədə dəyər itirməsinin Azərbaycan bazarında məhsulların qiymətinə təsirini şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında deyib.

O, əsasən geyim məhsullarında qiymət enməsinin müşahidə olunacağını bildirib:

“İqtisadi qanunauyğunluğa görə, qonşu ölkədə valyuta dəyərdən düşəndə həmin ölkənin məhsulları bütün dünyada ucuzlaşır. Məsələn, Gürcüstan, Ermənistan və yaxud digər qonşu ölkələrdə türk mallarının ucuzlaşmasını asanlıqla müşahidə edəcəyik. Qiymətin ucuzlaşması rəqabətli bazarlarda baş verir. Ola bilsin ki, az da olsa ölkəmizdə də türk mallarının qiymətlərinin aşağı düşməsi müşahidə olunsun. Bu isə əvvəldə qeyd etdiyim kimi yalnız rəqabətli bazarlarda ola bilər.

Əsasən geyim məhsullarında qiymətlərin enməsini görə bilərik. Məsələn, “Trendyol” şirkətində qiymətlər enəcək. Amma ölkəmizə Türkiyədən məhsul idxal edən şirkətlərdə ucuzlaşma ya müşahidə olunmayacaq, ya da çox az olacaq. Səbəb isə inhisarçılıqdır”.

İnhisarçı bazar mühitindən danışan sədr onlarda qiymətlərin dəyişməyəcəyini söyləyib:

“Məhsullarda qiymətlərin ucuzlaşması inhisarçıların vicdanından asılıdır. Çünki inhisarçı bazarın rəqibi olmur. Buna görə də rəqabətə ehtiyac duymur və qiymətləri sabit saxlayır. Onlar yalnız qiymətlərin bahalaşması zamanı fürsətdən öz mənafeləri üçün istifadə edirlər”.

Sadiq Cavadov

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv