!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhaliyə şad xəbər: Dərmanların qiyməti ucuzlaşacaq

!Reklam – Yazi

Ötən gün prezident İlham Əliyev “Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunu təsdiqləyib. Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq. 

Qanun layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyillərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır. Yeni dəyişikliyin ən çox dərman qiymətlərinin tənzimlənməsində rol oynayacağı qeyd olunur.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Yenisabah.az-a danışıb:

“Rəqabət məcəlləsi iyunun 1-dən qüvvəyə minəcək. Dərmanların əhali üçün vacib olan hissəsinin qiymətləri tənzimlənir. Artıq bir neçə ildir ki, bu tip dərmanlara Tarif Şurası tərəfindən vahid qiymət tətbiq edilirdi. Son dövrlər isə qaydalar dəyişdi və onlara yuxarı hədd qiyməti təyin olundu. Bu o deməkdir ki, təyin olunan yuxarı həddən artıq qiymət müəyyən edib satmaq olmaz. Rəqabət məcəlləsi effektiv şəkildə tətbiq edilsə və stimullaşdırılsa daha çox oyunçu bazara girəcək və bu da qiymətlərin daha ədalətli və ucuzlaşmasına səbəb ola bilər”.

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv