!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhaliyə sevindirici XƏBƏR - Maaş və pensiyalar artacaq - VİDEO

!Reklam – Yazi

Bu ilin dövlət büdcəsinə yenidən baxılacaq. Bu barədə baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iqtisadi şuranın iclasında tapşırıq verilib. Ekspertlər isə bunu müxtəlif cür izah edir: əməkhaqqı və pensiyalarda artım ola bilər.

Yenicag.az xəbər verir ki, birinci rübün hesabatına əsasən, dövlət büdcəsinə proqnozdan daha çox pul daxil olub. Hazırda büdcə üzərində iş gedir və yaxın günlərdə ölkə başçısına təqdim olunacaq. Bundan sonra isə Milli Məclisə göndəriləcək. Millət vəkili Vüqar Bayramov hesab edir ki, dövlət büdcəsinə yenidən baxılması prioritet məsələlərə daha çox vəsait ayrılmasına imkan verəcək:

“Maaşların və müavinətlərin artırılması istisna deyil. Nəzərə alsaq ki, sosial təminatların güclənməsi, Qarabağın dirçəldilməsi kimi proseslərin intensivləşməsi, o cümlədən iqtisadiyyatın çiçəklənməsi kimi mühim istiqamətlər var. 2023-cü ilin dövlət büdcəsində sosial istiqamətdə 15,2 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə büdcənin 46%-ni təşkil edir.”

Maliyyə nazirliyi isə belə açıqlama verib ki, bu ilin birinci rübündə 8 milyard 290 milyon manat, xərcləri isə 6 milyard 566 milyon manat təşkil edib. Və bunlar 2022-ci ilin büdcəsindən 24,9% çoxdur.

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv