!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhaliyə VACİB XƏBƏR: “Evlərinizi sığorta etdirməsəniz...? – Ekspertdən XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Çıxarışsız (kupçasız) evlər sığortalanmayacaq”.

Bunu evini sığorta etdirməyən vətəndaşlarla bağlı iyunun 1-dən qüvvəyə minəcək yeni qanunu şərh edərkən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, yaşayış mənzili üçün minimal sığorta haqqının 50 manat olduğunu bildirib:

“Hər hansı yaşayış mənzilinin sığortalanması üçün mütləq şəkildə onun mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır. Bu, o deməkdir ki, çıxarışsız (kupçasız) evlər sığortalanmayacaq.
Əmlakın sığortalanması vətəndaşların birbaşa olaraq özlərinə xidmət etməsi deməkdir. Yəni əgər ev sığortalıdırsa, ona dəymiş zərər müvafiq qurumlar tərəfindən qarşılanır.

Yaşayış mənzilinin həcmindən asılı olmayaraq minimal icbari sığorta haqqı 50 manat nəzərdə tutulub. Bu məbləğ əmlak sahibi tərəfindən ildə bir dəfə olmaqla ödənilməlidir. Lakin vətəndaşlar bu məbləği ödəməkdən boyun qaçırırlar. Vətəndaş külli miqdarda pul xərcləyib ev ala bilir, amma 50 manat ödəyib əmlaklarını sığortalamaq istəmir. İnsanlar anlamalıdırlar ki, həmin minimal sığorta haqqını ödəməklə evlərini 25 min manatadək dəymiş zərərdən qoruya bilərlər”.

Şəhərlərdə mənzillərin böyük qisminin kirayə verildiyini deyən ekspert həmin evlərin də sığortalanmasınıı vacib sayıb:

“Bakı və digər böyük şəhərlərdə əmlakların əksəriyyəti kirayə verilir. Sığortasız evlərdə kirayə qalan şəxsin ucbatından mənzilə dəymiş zərərə görə proses məhkəməyə qədər uzanır. Sığortalı evlərdə isə vurulmuş ziyan sığorta şirkətləri tərəfindən qarşılanır”.

Sadiq Cavadov

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv