Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Əhəd Abıyevin vəziyyəti kritikləşdi? - Yenilənir 

Reklam: Sinerji Pro

Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranıb.

Yenicag.az xəbər verir ki, Ə.Abıyevin səhhəti pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparıldığı xəbəri daxil olub. Bir həftədən çoxdur Almaniyada müalicə olunan icra başçısının səhhəti ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. İcra başçısı ona edilən telefon zənglərini cavabsız qoyur.

Məsələ burasındadır ki, Əhəd Abıyev bir müddət öncə Gəncədəki özəl xəstəxanaların birində ürəyindən əməliyyat olunub. Lakin, əməliyyatı uğursuz keçdiyindən, icra başçısının vəziyyəti daha da kritikləşdiyi bildirilir.

Qeyd edək ki, Ə.Abıyev 3 dönəm millət vəkili olub.

Allah şəfa versin!

***

Yazı dərc olunduqdan sonra redaksiyamızla əlaqə saxlayan Daşkəsən rayon İH əməkdaşları Əhəd müəllimin iş başında olduğunu bildirib, özü ilə birbaşa əlaqə saxlamaq üçün mobil nömrəsini təqdim etdilər. Məsələ burasındadır ki, həmin nömrəyə də zəng çatmır.

Yenicag.az

www.yenicag.az

507
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM