!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşdü

!Reklam – Yazi

Noyabrın 12-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.

Agentlikdən Yenicag.az-a bildirilib ki, görüş zamanı Əhməd İsmayılov ölkədə gənclərin inkişafı istiqamətində görülən işlərdən, könüllülük hərəkatının müxtəlif sahələrə verdiyi töhfələrdən və yaratdığı müsbət nəticələrdən bəhs edib. Həmçinin bu sahədə kadr potensialının artırılmasından, gənclərin müasir media mühitinin tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinin əhəmiyyətindən danışıb. O, gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Görüş struktur bölmə rəhbərləri və könüllülər arasında müzakirə ilə davam edib.

Qeyd edək ki, MEDİA könüllüləri proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialını stimullaşdırmaqdır.

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv