!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhmədinejad İranda prezident seçkilərində iştirak edəcək?

!Reklam – Yazi

Bu yaxınlarda İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olmasından sonra ölkənin yeni prezidentinin kim olacağı maraq mövzusuna çevrilib.

Yenicag.az xəbər verir ki, İranın keçmiş prezidenti, daha əvvəl namizədliyinə Konstitusiya Keşikçiləri Şurası tərəfindən veto qoyulmuş Mahmud Əhmədinejad iyunun 28-də keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün şərtləri dəyərləndirdiyini bildirib.

Əhmədinejad evinə gələn və ondan namizəd olmasını xahiş edən tərəfdarlarına müraciət etdiyi bir görüntüdə, “Mən şərtləri qiymətləndirirəm və bu gün hansı hərəkətin ölkənin, xalqın və bugünkü İranın maraqlarına uyğun olduğunu ölçürəm” deyib.

Ölkənin şərtlərinin həssas olduğunu bildirən Əhmədinejad, “Sizin əmr etdiyiniz kimi qiymətləndirirəm və nəticəsini sizə açıqlayacağam”, – deyə o, seçicilərinə bildirib.

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv