!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ehtiyatsızlıqdan evlərə sızan “SƏSSİZ ÖLÜM: “Otağa dəm qazının dolması bir çox hallarda...”

!Reklam – Yazi

Elmar Nurəliyev: “Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün ən mühüm vasitə evdə qaz sızmasını müəyyənləşdirən dedektorların olmasıdır”.

Nüsrət Qasımov: “Evlərdə müvafiq ventilyasiya kanalları olmalı və otaqların havası tez-tez dəyişdirilməlidir”.

Havaların soyuması Azərbaycan üçün xarakterik hala çevrilən dəm qazından boğulma kimi neqativ halların yenidən artmasına səbəb olub. Ekspertlər bu “səssiz ölüm”ün qarşısını almaq üçün əhaliyə öz tövsiyələrini çatdırırlar.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, dəm qazından boğulma halları ən çox sobalar standartlara uyğun olmayanda baş verir. Onun sözlərinə görə, növündən asılı olmayaraq, qızdırıcıların bacaları ildə ən azı iki dəfə təmizlənməlidir:“Qızdırıcı cihazları seçərkən, onların standartlara cavab verən, sertifikasiyası olan məhsullar olmasına diqqət yetirilməlidir. Xüsusilə də vanna otaqlarında qızdırıcılar quraşdırılarkən, otağın sahəsi mütləq nəzərə alınmalıdır. Vanna otaqlarının hündürlüyü minimum 220 santimetr, sahəsi isə azı 7 kvadrat metr olmalıdır.

İndiki evlərin çoxunda vanna otaqlarının sahəsi 1-2 kvadrat metr, qapıları plastik materialdandır, nəfəslikləri isə yoxdur. Ona görə də, otağa dəm qazının dolması bir çox hallarda ölümlə nəticələnir.

Onu da qeyd edim ki, növündən asılı olmayaraq, qızdırıcıların bacaları ildə ən azı iki dəfə təmizlənməlidir. Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün ən mühüm vasitə evdə dəm qazı və ümumiyyətlə, qaz sızmasını müəyyənləşdirən dedektorların olmasıdır. Bu dedektorlar qaz sızması baş verdikdə, işə düşür.

Qaz dolan otaqda 7 dəqiqə qalmaq kifayətdir ki, insan həyatını itirsin. Buna görə də təhlükəsizlik məsələlərinə ciddi nəzarət edilməlidir”.

Mövzu barəsində Yenicag.az-a danışan kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov isə bildirib ki, bu aktual məsələdə aidiyyatı dövlət qurumları ilə əhali arasında yetərli təmas yoxdur.

Ekspertin sözlərinə görə, dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün ilk növbədə əhali arasında zəruri maarifləndirmə işləri aparılmalıdır:

“Qazla bağlı mümkün risklər mütləq nəzərə alınmalı və təhlükəsizlik qaydalarını bilməyən şəxslər bu sahədə təmir işlərindən kənar durmalıdırlar. Təəssüf ki, dəm qazından zəhərlənmə və ölüm hallarının geniş yayılmasına baxmayaraq, insanlar bu təhlükəyə yenə də etinasız yanaşaraq, hara gəldi və necə gəldi, qaz sobalarını quraşdırırlar.

Sobaların, su qızdırıcılarının tüstü bacalarının olması şərtdir. Dəm qazı da həmin baca vasitəsilə bayıra ötürülməlidir. Həmçinin evlərdə müvafiq ventilyasiya kanalları olmalı və otaqların havası tez-tez dəyişdirilməlidir”.

Nuray Məmmədzadə

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv